Hosting seçərkən nələrə diqqət etməli?
· 17 baxış
Hosting saytınızın evidir: sürəti, etibarlılığı və hətta Google-dakı mövqeyi ondan asılıdır. Seçim edərkən bu meyarlara baxın.
1. Serverin yerləşməsi
Auditoriyanız Azərbaycandadırsa, Bakıda yerləşən server səhifələrin daha sürətli açılmasını təmin edir.
2. Disk növü
NVMe disklər adi SSD-dən dəfələrlə sürətlidir — xüsusilə baza ilə işləyən saytlarda fərq hiss olunur.
3. Backup
Gündəlik avtomatik backup olmayan hostinq risklidir. Nüsxələrin ayrıca serverdə saxlanmasına diqqət edin.
4. Dəstək
Problem yarananda öz dilinizdə 7/24 cavab verən komanda vaxt və pul qənaət edir.